Dərs oxuma metodları
Salam ,dostlar, adım Nurandır.Türk Dəyanət Vəqfinin 7-ci sinif şagirdiyəm. Sənin də mənim kimi işlərin çox,vaxtın isə azdır? O zaman az vaxtınızdan özünüzə hədiyyə edib bu yazını oxumağı sizə tövsiyə edirəm.Bəlkə də ,işinizə yarayacaq məqamlar tapa bilərsiniz.Deməli,dostlar, mən öz proqramımı necə qururam?İllər öncə eşitdiyim Brayn Treysinin “O qurbağanı ye” kitabı bu işdə mənə çox kömək olur.Təbii ki, işlər çoxdur,biz isə nə qədər arzu etsək də hamısını çatdırıb görə bilməyəcəyik.Bu zaman maksimum məhsuldar olmaq üçün günlük vaxt planlaması (time management) edəcəyik.Gözümüzdə,beynimizdə böyütdüyümüz vacib,görməli olduğumuz işlərin siyahısını tutacağıq.Adətən mütəxəssislər dərs sıralamasında sadədən mürəkkəbə metodunu doğru hesab edirlər.Mən isə əksinə çətin, başgicəllədici dərsləri önə çəkirəm.Həftəsonu planlamalarda eyni ilə səhər saatlarında ən qəliz tapşırıqlarımı yerinə yetirirəm.Çünki onlar mənim gözümdə “böyük qurbağadır”.Yeri gəlmişkən, onu da qeyd edim ki, klassik bir metoddan da istifadə edirəm.Əzbərləməli olduğum mövzuları axşam yatmazdan öncə bir neçə dəfə oxuyuram,səhər durub təkrar edəndə isə hər şey avtomatik olaraq yaddaşa yazılır.Çalışma və istirahət müddətimi isə 30-40 dəqiqə + 10 dəqiqə olaraq müəyyən etmişəm.Buna isə “Pomodoro” üsulu da deyilir.Ümumilikdə,bu mənim standart çalışma sistemimdir.Həftəsonu isə proqramımı elə qururam ki,gəzintilərə,muzeylərə,səfərlərə və sevdiyim məşğuliyyətlərimə də vaxt ayıra bilim. Bax,belə...
Dostlar,siz də beyninizi əlavə və lazımsız yükləmələrdən xilas etmək istəyirsinizsə, mütləq və mütləq gün rejiminizi düzgün qurun.
Bu uzun yolda sizə uğurlar!
Dostlar,siz də beyninizi əlavə və lazımsız yükləmələrdən xilas etmək istəyirsinizsə, mütləq və mütləq gün rejiminizi düzgün qurun.
Bu uzun yolda sizə uğurlar!