
KGL İngilis dili Olimpiadası və Octopus Riyaziyyat Olimpiadasının təltifetmə mərasimi!

Tədbirin baş sponsoru və əsas təşkilatçısı Avrasiya Tədris Mərkəzi olmuşdur. Tədbirin həyata keçirilməsində bir sıra dəyərli sponsorlar da öz töhfəsini vermişdir.
Dünya məktəbinin layihə və olimpiadalar üzrə kordinatoru Turab Əhmədova təşkilati dəstəyinə görə xüsusi təşəkkürümüzü bildiririk.
KGL İngilis Dili Olimpiadası üzrə ümumilikdə 45 medal, Octopus Riyaziyyat Olimpiadası üzrə isə 53 medal təqdim olunmuşdur. Medal qazanan bütün iştirakçılar sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
Təltifetmə mərasimində təhsil sahəsində fəaliyyət göstərən bir sıra qonaqlar da iştirak etmişdir.
Tədbirin uğurla keçirilməsinə dəstək göstərən bütün sponsorlarımıza, həmçinin Turan Həsənli Akademiyasının təsisçisi və ALP Nəşriyyatının direktoru Turan Həsənliyə səmimi təşəkkürümüzü bildiririk.