05.03.2023 tarixində “Fairmont”hoteldə “RM” nəşriyyatının təşkilatı dəstəyi ilə Turan Həsənlinin 'Riyazi məntiq ' kitabının təqdimat mərasimi  keçirilmişdir.

05.03.2023 tarixində “Fairmont”hoteldə “RM” nəşriyyatının təşkilatı dəstəyi ilə Turan Həsənlinin "Riyazi məntiq " kitabının təqdimat mərasimi keçirilmişdir.

05.03.2023 tarixində “Fairmont”hoteldə “RM” nəşriyyatının təşkilatı dəstəyi ilə Turan Həsənlinin "Riyazi məntiq " kitabının təqdimat mərasimi  keçirilmişdir. Tədbir “RM” nəşriyyatının icraçı direktoru Muxtar Abbasovun açılış nitqi ilə başlamışdır. Muxtar Abbasov  tədbir iştirakçılarına “RM”nəşriyyatının vəsaitləri barəsində  məlumat verdi. Tədbirdə Tarix üzrə fəlsəfə doktoru, çoxsaylı kitabların müəllifi Rəhim Məcnunov Azərbaycan dövlətinin təhsil siyasəti və bu sahədə  nəşriyyatların rolu və  əhəmiyyəti barədə danışdı. Nəşriyyatın idarə heyyətinin üzvü İqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Əlibəyi nəşriyyatın gələcək planları və hədəfləri barəsində çıxış etmişdir.  Tədbirin gedişində “Turan Hasanli Academy”nin direktoru Turan Həsənlinin 
" Uğurlu şagird seminarı " baş tutmuşdur. Seminarda şagirdlərlə motivasiya xarakterli söhbət aparıldı . Tədbirin sonunda qonaqlara kitab və sertifikatlar verilib, xatirə şəkili çəkilmişdir .